“Netflix”də yeni funksiya

post-img

“Netflix”in bloq səhifəsində dərc edilən açıqlamaya görə, “Yükləmələr” tabı “Mənim Netflixim” tabı ilə əvəz olunacaq. Bu yeni tab “Netflix”in interfeysindəki qeyri-müəyyənliyi aradan qaldıracaq və istifadəçilərə nə izləmək istədiklərinə qərar verməyə kömək edəcək.

Bu xüsusiyyət sayəsində tamaşa­çılar izləmək istədikləri bütün serial və filmlərə tək bir yerdən asanlıqla daxil ola biləcəklər. Burada, həmçinin tv şoular, endirmələr, treylerlər, xatırlat­malar, bəyənmələr, “izləməyə davam et” və “Siyahım” bölmələri olacaq. 

Mobil istifadəçilər üçün hazırlanmış bu yeni funksiya bu gündən etibarən iOS cihazlarında istifadəyə veriləcək. Android cihazları üçün isə avqustun əvvəlində əlçatan olacaq. “Netflix”in açıqlamasına görə, bu funksiya sayə­sində izləmək üçün qeyd etdiyiniz və ya endirdiyiniz bir şeyi tez seçə, həm­çinin bütün serialları və filmləri yenidən kəşf edə biləcəksiniz. 

F. SALMANOVA, “Xalq qəzeti”

Dünya