Bu gün "Qarabağ" "Rakuv"la qarşılaşacaq

post-img

Ağdamın "Qarabağ” klubu bu axşam UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində ilk görüşünü keçirəcək. Matç Bakı vaxtı ilə saat 22:15-də start götürəcək. Azərbaycan çempionu Polşa təmsilçisi “Rakuv”la münasibətlərə aydınlıq gətirəcək.

Onu da əlavə edək ki, ilk mərhələdə Cəbəllüttariq çempionu “Linkoln”u hər iki görüşdə üstələyən (səfərdə 2:1,  evdə 4:0) "köhlən atlar" “Rakuv”la ilk matçını Polşanın Çenstoxova şəhərinin  “Miejski” stadionunda keçirəcəklər. Oyunu isveçrəli təcrübəli hakim Lukas Fandrix idarə edəcək.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman