Azərbaycan cüdoçuları Sloveniyaya yola düşüblər

post-img

Azərbaycan cüdoçuları Sloveniyanın Maribor şəhərində təşkil olunacaq Avropa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalına (EYOF) yollanıblar.

Azərbaycan Cüdo Federasiyasından (ACF)  “Xalq qəzeti”nə bildirilib ki, yarışda ölkənmizi 12 çəki dərəsində 8 oğlan və 4 qız idmançı təmsil edəcək.

Turnirdə Nihad Məmişov (50 kq), Ayxan Mirzəzadə (55 kq), Məhəmməd Musayev (60 kq), Cəsur İbadlı (66 kq), Süleyman Şükürov (73 kq), Hüseyn Eyvazlı (81 kq), Aslan Kotsoyev (90 kq), Ramazan Əhmədov (+90 kq), Məryəm Bayramzadə (44 kq), Vüsalə Hacıyeva (48 kq), Xədicə Qədəşova (52 kq), Kamilla Toholiyeva (63 kq) tatamiyə çıxacaq.

ACF-in baş katibi Rəşad Rəsullu yığmaların təlim-məşq toplanışlarını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıb və cüdoçulara uğurlar arzulayıb.

Qeyd edək ki, yarışlarda cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.

Elçin ABBASOV, 

“Xalq qəzeti”

İdman