Rusiyada Strelkov-Girkin saxlanılıb

post-img

Rusiya hüquq-mühafizə orqanları qondarma “DXR”in “Müdafiə Nazirliyi”nin keçmiş rəhbəri İqor Strelkov-Qirkini saxlayıb.

“Kommersant” xəbər verir ki, bu barədə onun həyat yoldaşı Miroslava Reginskaya "Teleqram" kanalında məlumat verib.

Daha əvvəl bu barədə mənbələrə və Strelkovun vəkilinə istinadən RBK məlumat yayıb. Reginskayanın sözlərinə görə, o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci (ekstremizm) maddəsi ilə saxlanılıb.

"Dostlarımdan bildim ki, ərimə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci maddəsi (ekstremizm) ilə ittiham verilib", - İqor Strelkov-Girkinin həyat yoldaşı bildirib.

Onun sözlərinə görə, bu gün saat 11:30-da Rusiya Federasiyası İstintaq Komitəsinin nümayəndələri İqor Strelkov-Qirkinin evinə gələrək onu “naməlum istiqamətə aparıblar”.

"Xalq qəzeti"

Dünya