Azərbaycan Premyer Liqasında növbəti mövsümün təqvimi açıqlanıb

post-img

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqasında 2023-2024 –cü illər mövsümünün təqvimini açıqlayıb. Məlumata görə, avqustun 4-də start götürəcək mövsümün son turu 2024-cü il mayın 26-da keçiriləcək.

Qeyd edək ki, cari mövsümdə ilk turun açılış matçı avqustun 4-də “Turan-Tovuz” və “Araz-Naxçıvan” komandaları arasında keçiriləcək. Həmin gün “Qarabağ” “Zirə”ni sınağa çəkəcək. “Kəpəz” isə “Neftçi” ilə qarşılaşacaq. 

Təqvimə əsasən, “Səbail” “Sumqayıt”ı qəbul edəcək. “Sabah” isə “Qəbələ” ilə münasibətlərə aydınlıq gətirəcək.

 

Elçin ABBASOV,

“Xalq qəzeti”

İdman