Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunda millimizin qrup oyunları yekunlaşıb.
B qrupunda qərarlaşmış millimiz, qrupun sonuncu oyununda Albaniya seçməsini 69-64 hesabı ilə məğlub edib və qrup lideri kimi Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb. Qızlardan ibarət millimizin yarımfinalda rəqibi Gürcüstan yığması olacaq.
Oyun iyulun 22-də keçiriləcək.
L.SABİRQIZI, “Xalq qəzeti”

