FIFA-nın iyul ayı üçün reytinqi açıqlanıb. Reytinq sıralamasında Azərbaycan millisinin mövqeyi dəyişməyib. Belə ki, yığmamız 1143 xalla 121-ci sırada qalıb.
Türkiyə yığması da 41-ci pillədəki mövqeyini qoruyub. Qardaş ölkənin komandasının aktivində 1484 xal var.
İlk sırada əvvəlki kimi, DÇ-2022-nin qalibi Argentina yığması 1843 xalla liderlik edir.
L.SABİRQIZI, “Xalq qəzeti”

