3x3 basketbol üzrə “Neftçi” komandası Dünya Qadın Seriyasının Fransanın Bordo şəhərindəki mərhələsində dörddəbir finalda Kanada kollektivi ilə görüşüb.
Qarşılaşma komandamızın 19:15 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, “ağ-qaralar” C qrupunda əvvəlcə Fransa millisinə 12:16 hesabı ilə məğlub olsa da, Polşa seçməsinə qalib gələrək (14:13) mərhələ adlayıb.
Xatırladaq ki, “Neftçi” bundan əvvəl Şuşa və Netanya (İsrail) mərhələlərində qalib adını qazanıb.
11 mərhələdən sonra “Neftçi” ümumi hesabda 3-cü (403 xal), Azərbaycan komandası isə 19-cu yerdədir (122).
L.SABİRQIZI, “Xalq qəzeti”

