İnsan hər yeni günə ona enerji və təravət verən, bütün daxili orqanların və sistemlərin işini aktivləşdirən bir stəkan içki ilə başlamalıdır. Qastroenteroloq İlya Nevrozov sağlamlığı qoruyan 5 içkinin adını açıqlayıb.
Su. Oyandıqdan dərhal sonra otaq temperaturunda bir stəkan su bir çox xəstəliklərin və hətta depressiyanın qarşısını alır. Bu vərdiş sayəsində bədən daha incə olur, əhval-ruhiyyə yaxşılaşır. Bundan əlavə, su maddələr mübadiləsini aktivləşdirir, toksinləri çıxarır və hipertoniyanın qarşısını alır.
Alma sirkəsi ilə su. Bu qarışım bədəndəki pH səviyyəsini normallaşdırmağa kömək edir. Nevrozovun fikrincə, içki mədə-bağırsaq traktının işini aktivləşdirir. O bildirir ki, modelyerlər günə belə su ilə başlayır.
Limonlu su. Bir neçə damcı təzə sıxılmış limon suyu sağlamlığı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Məsələn, immun sistemini gücləndirir, böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır, zəhərləri çıxarır, həzmi yaxşılaşdırır, yağları parçalayır, dəri rəngini yaxşılaşdırır və s.
Zəncəfilli su. Belə su yalnız səhər tezdən oyanmağa deyil, həm də iş enerjisini artırmağa kömək edir. Axşamdan doğranmış zəncəfilin üzərinə qaynar su tökülür və səhərədək qalır. Su, yuxudan oyanan zaman içməyə hazır olur.
Kərəviz suyu. Səhəri həftədə ən azı 3 dəfə kərəviz şirəsi ilə açanlar, bir aydan sonra bədənin incəldiyini, dərinin təmiz olduğunu, mədə-bağırsaq traktının saat mexanizmi kimi işlədiyini görərlər.
Z.HÜSEYNLİ, “Xalq qəzeti”

