Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən iyulun 21-də Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək. Gecə 20-25°, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° , gündüz 32-37° , dağlarda gecə 12-17°, gündüz 17-22° isti olacaq.
Q. QASIMOV, “Xalq qəzeti”

