“İkiüzlü” ulduz kəşf edilib

post-img

Alimlər ilk dəfə olaraq iki əksüzlü spontan inkişaf edən ulduz kəşf ediblər. Belə ki, ulduzun kimyəvi tərkibi araşdırılan zaman məlum olub ki, onun bir tərəfi hidrogendən, digər tərəfi isə tamamilə heliumdan ibarətdir. 

Məlumata görə, qəribə görünüşlü ulduzun helium tərəfi Günəş kimi çıxın­tılı, hidrogen tərəfi isə hamardır. Bu qəribə ulduz San Dieqo yaxınlığındakı rəsədxanadan səmanı görüntüləyən “Zwicky Transient Facility” (ZTF) qur­ğusu tərəfindən aşkarlanmışdır. 

Min işıq ilindən çox uzaqda olan obyektin rəsmi elmi adı “ZTF J203349.8+322901.1”dir. İkiüzlü oldu­ğu aşkar edildikdən sonra ulduz “Ja­nus” adlandırılmışdır. Mifoloji keçidlər tanrısı olan “Janus”a da iki üzü olduğu üçün bu ad verilib. 

Aytən NƏCƏFOVA, “Xalq qəzeti”

Dünya