Süni intellekt hər sahədə olduğu kimi mediada da özünü göstərməkdə davam edir. Belə ki, “Google” daxili sınaqdan keçirdiyi “Genesis” kod adlı süni intellekti təqdim edib.
Bildirilir ki, texnologiya nəhəngi yeni proqramı “The Times”a, “Washington Post” və “News Corp”un rəhbərlərinə göstərib. “Genesis” ona ötürülən istər cari hadisələr, istərsə də digər növ məlumatlardan yeni mətn yarada bilir.
Lakin “Google”un bu proqramı ictimaiyyət tərəfindən narazılıqla qarşılanıb. Nyu -York Şəhər Universitetinin jurnalistika professoru Jeff Jarvis bu barədə qeyd edib: “Bütün süni intellekt proqramları uydurma məlumat istehsal etməyə meyillidir. Mediada bu cür proqramlardan “nəzarətsiz” istifadə ciddi nəticələrə səbəb ola bilər.”
Qeyd edək ki, şirkətin “Genesis”i nə zaman istifadəyə verəcəyi barədə məlumat yoxdur.
Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

