Atomların boşluğu çıxarılsa, dünya şəkər parçasına sığar

post-img

Əslində, atomun 99,9999 faizdən çoxu boş məkandır. Atom elektron buludları ilə əhatə olunmuş kiçik, sıx nüvədən ibarətdir. Nüvənin özü isə protonlardan və neytronlardan təşkil olunub. 

Elektron -1 elektrik yükünə, proton +1 elektrik yükünə malikdir, neytron elektrik yükü daşımır. Bütün element­lərin atomları eyni elektron, eyni proton və eyni neytronlardan yaranmışdır. La­kin elementlər atomlarındakı protonların sayı ilə fərqlənirlər. Nüvədəki protonların sayı elementin atom nömrəsini təşkil edir. Proton və neytron ikisi birlikdə nuk­leyin, yəni “nüvəyə (ingilis: nucleus) aid olan” adlanırlar. 

Atomlarda boşluq daha çox yer tu­tur. Bunun səbəbi elektronların dalğalı hərəkət etməsidir. Elektronlar bir nöqtədə qalmır, onlar orbitin istənilən yerində ola bilər. Və buna görə də çox yer tutur. 

Bütün atomlarda boşluq çıxarılsa dünya bir şəkər parçasına sığar. 

P.ƏFƏNDİ, “Xalq qəzeti”

Maraqlı