Rekordçu kimyaçı

post-img

İsveç kimyaçısı Karl Şeyele kəşf etdiyi kimyəvi elementlərin sayına görə rekordçu adlandırıla bilər. Onun sayəsində biz volfram, barium, molibden, manqan, xlor, flüor və oksigenin varlığından xəbər tutmuşuq. Şeyele 1772-ci ildə havanın oksigen və azotdan ibarət olduğunu müəyyən etmişdir. 

Onun həmyerliləri Karl Mosander və Yakob Berzelius, ingilis Humfri Davi və fransız Paul Lekokde Buabodran izləyir. Bu kimyaçıların hər biri dörd element kəşf etdi. Yuxarıdakı alimlərin payı ha­zırda məlum olan bütün elementlərin təxminən 1/4 hissəsini təşkil edir. 

Kimya tarixində 250 addan ibarət kimyəvi elementlərin saxta kəşflərinin siyahısı var. Beləliklə, 100-dən çox nadir torpaq elementinin kəşfi elan edildi, onlardan yalnız 15-i həqiqətə uyğundur. 

P.ƏFƏNDİ, “Xalq qəzeti”

Maraqlı