“Qəzet” İtaliyada qəpik adı olub

post-img

Dövriyyədə olan pulların da qeyri-adi adları olub. Bu pullardan biri Venesiyada XVI əsrdə sikkə kimi istifadə olunub. O, “qəzet” adlanırdı. Üstəlik, bu ad əvvəlcə sikkə üçün xüsusi olaraq ortaya çıxmışdı və yalnız sonra çap nəşrlərinə keçdi. Bu ona görə baş verdi ki, bir qəzet üçün belə bir qəpik ödənilirdi. 

“Qəpik” sözü isə İvan Qroznının dövründə ortaya çıxıb. O zaman əlində nizə (копье) olan knyazların təs­viri olan gümüş sikkələr zərb edilirdi. “Nizə pulu” da bura­dan yaranıb.. 

Kağız pullar, adına bax­mayaraq, ümumiyyətlə, 100 faiz pambıqdan hazırlanmış, aşınmaya davamlı material kimi hazırlanır. Cins şalvarın parçası da xalis pambıqdır. 

P.ƏFƏNDİ, “Xalq qəzeti”

Maraqlı