Türk rejissorun foto sərgisi

post-img

Rejissor Nuri Bilgənin İstanbul Müasir Muzeyində sərhədləri və mədəniyyətləri aşan, heyranedici fotoqrafiya üslubu ilə sənətsevərləri valeh edən sərgisi açılıb. 

“Başqa bir yerdə” adlanan, rejisso­run füsunkar əsərlərini bir araya gətirən sərgi onun müasir sənət dünyasına olan marağını və sevgisini göstərir. Rejissor Türkiyə kino dili ilə Hindistan, Gürcüstan, Çin, Mərakeş və Rusiya da daxil olmaqla müxtəlif coğrafiyalarda çəkilmiş heyrətamiz portretlər silsiləsi­ni təqdim edərək, tamaşaçılarda sərgi haqqında düşünmək tələbatı yaradır. 

Türkiyənin müstəqil fotoqrafiya saxlancı məkanı olan İstanbul Müasir Muzeyinin respublikanın ilk illərinə aid tarixi əhəmiyyətli fotoşəkillər də daxil olmaqla 10 mindən çox əsərdən ibarət geniş kolleksiyası var. Muzeyin yeni orijinal binası öz nəslinin ən tanınmış memarlarından biri, ətraf mühiti dərin­dən dərk edən, yenilikçi dizaynları ilə tanınan italyan memar Renzo Piano tərəfindən dizayn edilib. 

F. HÜQUQQIZI, “Xalq qəzeti”

Maraqlı