Millimiz qrupda növbəti oyununu Ermənistana qarşı keçirəcək

post-img

Kosovanın paytaxtı Priştina şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunun oyunları davam edir. 

Azərbaycan Basketbol Federasiyasından "Xalq qəzeti"ə bildirilib ki, "B"qrupunda qərarlaşmış U-16 millimiz qrupdakı ilk oyununda Kipr yığmasına 51-65 hesabı ilə məğlub olub. U-16 millimizin qrupdakı növbəti rəqibi Ermənistan komandası olacaq.

Oyun 21 iyul Bakı vaxtı ilə saat 17:00 -da baş tutacaq və FIBA -nın rəsmi "youtube" hesabından canlı olaraq yayımlanacaq.

A.Elçin,
"Xalq qəzeti"

İdman