“Qarabağ”dan böyük hesablı qələbə

post-img

Bu gün UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Bakı Olimpiya Stadionunda. Ağdamın  “Qarabağ” klubu Cəbəllüttariqin “Linkoln” komandası ilə qarşılaşıb. Oyunu albaniyalı referi Eldorjan Hamiti idarə esib.  Ona Ridiger Çokaj və Ani Koçiaj kömək edirəblər. Dördüncü hakim funksiyasını Kreşnik Cjapi yerinə yetirib. Görüş "Köhlən atlar"ın böyük hesablı qələbəsi ilə başa çatıb.

Matça daha fəal başlayan “Qarabağ”  ilk dəqiqələrdən rəqib üzərində təzyiqi artırıb. Bunun nəticəsi isə 7-ci dəqiqədə öz bəhrəsini verib. Belə ki, yeddinci dəqiqədə "Qarabağ"ın heyətində Abdullah Zubir fərqlənib.

Birinci hissəyə əlavə olunmuş vaxtda "Qarabağ" hesab arasındakı fərqi bir qədər də artırıb. Bu dəfə Bəhlul Mustafazadə səhnəyə çıxıb. Beləliklə, Ağdam təmsilçisi fasiləyə 2:0 hesablı üstünlüklə çıxıb.

İkinci hissədə də açıq-aşkar üstünlüyü hiss olunan "Qarabağ"ın heyətində Leandro Andradenin ötürməsindən sonra Cica fərqlənib. Cicanın qolu 49-cu dəqiqəyə təsadüf edib. Bununla da hesab 3:0 olub. Lakin bu qoıdan sonra arxayınlaşmayan "Qarabağ" hesab arasındakı fərqi 4:0-a çatdırıb. Bu dəfə komandanın heyətində Yankoviç fərqlənib. 4-qol 62-ci dəqiqədə vurulub. Abdulla Zubirin məhsuıdar ötürməsini qoıa çevirən Yankoviç adını tabloya yazdırıb. Beləliklə, matç "Qarabağ"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb

Xatırladaq ki, iyulun 11-də “Viktoriya” stadionunda oynanılan ilk görüşdə “Qarabağ” 2:1 hesablı qələbə qazanmışdı.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman