Qızlardan ibarət millimiz rəqibini darmadağın etdi

post-img

Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının "C" divizionunda qrup oyunları davam edir. Azərbaycan Basketbol Federasiyasından "Xalq qəzeti"ə bildirilib ki, "B" qrupunda qərarlaşmış millimiz, qrupun ikinci oyununda Moldova seçməsini 78-55 hesabı ilə məğlub edərək qrupda ilk sıraya yüksəlib.

Qızlardan ibarət millimizin qrupdakı sonuncu oyunu Albaniya yığmasına qarşı olacaq. Oyun 20 iyul Bakı vaxtı ilə saat 19:00 -da baş tutacaq və FIBA -nın rəsmi "youtube" hesabından canlı olaraq yayımlanacaq.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman