Pentaqon Ukraynaya yeni yardım paketini açıqlayıb

post-img

Pentaqonun press-relizinə görə, Birləşmiş Ştatlar Ukraynaya təxminən 1,3 milyard dollar dəyərində yeni hərbi yardım paketi təqdim edir.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, bu paketə dörd NASAMS zenit-raket kompleksi, 152 mm-lik artilleriya mərmiləri, dəqiq idarə olunan aviasiya sursatları, Phoenix Ghost və Switchblade pilotsuz uçuş aparatları daxil olacaq.

Pentaqon, həmçinin bildirib ki, ABŞ minatəmizləmə avadanlığı, 150 yanacaq daşıyan maşın, yedəkləmə və daşınma üçün 115 taktiki maşın, elektron müharibə avadanlığı və taktiki təhlükəsiz rabitə sistemlərini Kiyevə təhvil verəcək.

"Xalq qəzeti"

 

Dünya