“Barselona” klubunda daha bir transfer

post-img

İspaniyanın “Barselona” klubu daha bir transferə imza atıb. Bu barədə Kataloniya təmsilçisinin rəsmi “Twitter” səhifəsinə istinadən “Marca” nəşri yazıb. 

Mənbə qeyd edir ki, “Barselona” öz yetirməsi olan Oriol Romeunu “Jirona”dan transfer edib. 32 yaşlı dayaq yarımmüdafiəçisi Romeu ötən mövsümdə “Jirona” klubunda 33 matçda 2 qolla yadda qalıb.

Onu da əlavə edək ki, “Barselona” klubu daha əvvəl İlkay Gündoğan, Vitor Roke və İnyiqo Martinesin transferlərini reallaşdırıb.

Elçin ABBASOV,

“Xalq qəzeti”

İdman