Bu gün Ərdoğan BƏƏ-yə gedir

post-img

Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələr son iki ildə artan ticarət-iqtisadi kooperasiyalar hesabına genişlənir. İki ölkə arasında diplomatik əlaqələr 1977-ci ildə qurulub. Türkiyə artıq BƏƏ-nin ticarət tərəfdaşlarının onluğuna daxildir. Məlumatı “Anadolu” verib.

Qeyd edək ki, fars körfəzinin bu neft ölkəsi turuzm və yüksək texnologiyalar sahələrinə sərmayə qoyuluşu üzrə dünya liderləri sırasındadır. 

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərq turnesi çərçivəsində BƏƏ-yə gedir. 

Ərdoğan və BƏƏ Prezidenti Məhəmməd ibn-Zayed əl-Naxayyan arasında əlaqələr intensivdir. Onlar keçən il videokonfrans formatında görüşüblər. 10 iyun 2022-ci ildə BƏƏ lideri İstanbulda olub. 

Paşa ƏMİRCANOV, 

“Xalq qəzeti”

 

Dünya