Çempionlar Liqasında ikinci mərhələyə keçən ilk 8 komanda

post-img

Dünən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində start götürən ilk 8 matçda mərhələ adlayan tərəflər müəyyənləşib. Həmin cütlərin qalibləri növbəti mərhələyə (II təsnifat mərhələsi) adlayıblar. Məlumatı “Eurosport” verib. 

Qeyd edək ki, Estoniya “Flora” futbol klubuna cavab matçında da qalib gələn Polşanın klubu “Rakuv” II mərhələyə keçib. Moldovanın “Şerif” klubu Rumıniyanın “Farul” komandasını 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adını yazdırıb. 

Şimali Makedoniyanın “Struqa” klubu isə Litvanın “Jalgiris” komandasına məğlub olaraq (1:2) mübarizəni dayandırıb. Litva təmsilçisi isə ikinci təsnifat mərhələsində mübarizəni davam etdirəcək. İsrailin “Makkabi” komandası Maltanın “Hamrun” klubuna 2:1hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb. Belarus təmsilçisi BATE isə Albaniyanın “Partizani” komandası üzərində 2:0 hesablı qələbə qazanıb. Bununlada hər iki görüşün nəticəsinə əsasən Belarus klubu ikinci təsnifat mərhələsinə adını yazdırıb. 

Gecənin daha bir maraqlı qarşılaşması isə Uelsin TNS klubu ilə İsveçin “Hakken” komandası arasında qeydə alıınıb. İnamlı mübarizə aparan İsveç təmsilçisi səfərdə 2:0 hesablı qələbəyə sevinib. Bununla da, “Hakken” növbəti mərhələyə vəsiqəni təmin edib. İslandiyanın “Breydablik” komandası isə İrlandiyanın “Şemrok Rovers” klubuna 2:1qalib gələrək növbəti mərhələyə keçib.

Bosniya və Herseqovinanın “Zrinski” komandası isə Ermənistanın “Urartu” komandaları arasında əsas vaxtda (2:3) qalib müəyyənləşmədiyi üçün penaltilər seriyası baş tutub. Dala üstün olan “Zrinski” “Urartu”nu məyyus etməyi bacarıb.  Bununla da Bosniya və Herseqovina təmsilçisi ikinci təsnifat mərhələfinə adını yazdıranlardan olub. 

Qeyd edək ki, digər cavab oyunları bu axşam keçiriləcək.

Elçin ABBASOV,

“Xalq qəzeti”

İdman