Bayden və Hersoq İran və Rusiyanı müzakirə ediblər

post-img

ABŞ və İsrail prezidentləri Co Bayden və İshak Hersoq görüş zamanı İran və Rusiya ilə bağlı müzakirə aparıblar. Məlumatı Ağ evə istinadən “İnterfaks.ru” verib. 

Məlumatda deyilir: “Onlar İranın nüvə silahı əldə etməsinin və artan Rusiya-İran müdafiə tərəfdaşlığının qarşısını almaq məqsədilə əlaqələri gücləndirmək də daxil olmaqla, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında məsləhətləşiblər”. 

Bayden İsrail-Fələstin nizamlaması ilə bağlı danışıqların iki dövlət prinsipi əsasında aparılmasına, hər iki xalq üçün bərabər azadlıq, təhlükəsizlik və çiçəklənmə şəraitinin təmin edilməsinə sadiqliyini təsdiqləyib. 

Liderlər həm də ümumi qlobal problemlərin, iqlim dəyişikliklərinin, pandemiyanın və ərzaq təhlükəsizliyi ilə bağlı problemlərin qarşısını almaq üçün texnoloji həllər üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər. 

Paşa ƏMİRCANOV, 

“Xalq qəzeti”

Dünya