Qadın futbolçularımız Latviyada

post-img

Azərbaycanın qadın futbolçularından ibarət yığması Latviyada təlim-məşq toplanışı çərçivəsində daha bir oyun keçirib. 

Komandamızın Latviya yığması ilə qarşılaşması heç-heçə (1:1) ilə başa çatıb. 

Matçda millimizin yeganə qolunu 36-cı dəqiqədə Sevinc Cəfərzadə vu­rub.

Xatırladaq ki, komandalar arasında keçirilmiş ilk görüşdə də heç-heçə qeydə alınmışdı. 

L.QURBANOVA, “Xalq qəzeti”

İdman