2 qızıl, 1 bürünc medal – Paris Olimpiadasına 5 lisenziya

post-img

Milli Paralimpiya Komitəsinin idmançıları Fransanın paytaxtı Paris şəhərində keçirilən dünya çempionatını 2 qızıl, 1 bürünc medalla başa vurublar. Komandamız Paris Yay Paralimpiya Oyunlarına isə 5 lisenziya qazanıb. 

Hər iki qızıl medalı komandamızın aktivinə atletika üzrə Lamiyə Vəliyeva yazdırıb. Təmsilçimiz 100 metr qaçış­da 11.99 nəticə göstərərək fəxri kür­sünün ən yüksək pilləsində qərarlaşıb. İdmançımız ikinci qızıl medalı 400 metr qaçışda 55:34 saniyə nəticə göstər­məklə əldə edib. Bu nəticə ilə Lamiyə Vəliyeva Paris Yay Paralimpiya Oyun­larında ölkəmizi 2 növdə (100 metr və 400 metr) təmsil edəcək. 

Milli komandanın digər üzvü Səid Nəcəfzadə isə uzunluğa tullanma növün­də 7.11 metr nəticə göstərərək dünya çempionatının bürünc medalına və Paris Olimpiadasında iştirak hüququna yiyələnib. 

Paris Oyunlarına digər iki lisenziyanı Oloxan Musayev və Orxan Aslanov qa­zanıblar. Belə ki, Oloxan Musayev dünya çempionatında nüvə itələmə yarışında 11.74 metr, Orxan Aslanov isə uzunluğa tullanma növündə (T13 kateqoriyasın­da) 6.95 metr nəticə göstərərək 4-cü yerə sahib çıxıblar. 

Qeyd edək ki, dünya çempionatında ilk 4 yerə sahib çıxan atletlər XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanırlar. 

L.QURBANOVA, “Xalq qəzeti”

İdman