Bu gün Azərbaycan Premyer Liqasının püşkatma mərasimi keçiriləcək

post-img

Azərbaycan Premyer Liqasında 2023-2024-cü illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib. Peşəkar Futbol Liqasının (PFL) məlumatına görə, bu gün keçiriləcək mərasim AFFA-nın inzibati binasında baş tutacaq. 

Məlumat üçün deyək ki, saat 15:00-da başlanacaq tədbirə bütün media nümayəndələri dəvətlidir.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 4-də start götürəcək.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman