Şimali, Mərkəzi Amerika və Karib hövzəsi üzrə (CONCACAF) “Gold Cup” turnirinin qalibi müəyyənləşib.
“Mynet.com” saytının məlumatına görə, ABŞ-da keçirilən turnirin finalında Meksika və Panama milliləri qarşılaşıblar. Görüş Meksika millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, oyunda yeganə qolu 88-ci dəqiqədə Santyaqo Ximenes vurub.
Elçin ABBASOV,
“Xalq qəzeti”

