“Sumqayıt” Erik Sorqanı transfer edib

post-img

2023-2024-cü illər mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu ilk əcnəbi futbolçu keçidini reallaşdırıb. Bu barədə klubun sosial şəbəkə hesabında məlumat yerləşdirilib. 

Bildirilir ki, “gənclik şəhəri” təmsilçisi son mövsümü Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubunda keçirmiş estoniyalı hücumçu Erik Sorqa ilə 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Erik Sorqa karyerası ərzində Estoniyanın “Legion”, “Flora”, ABŞ-ın “Loudoun Yunayted”, “Di Si Yunayted”, Niderlandın “Venlo”, İsveçin “Höteborq” və Bolqarıstanın “Lokomotiv” klublarının şərəfini qoruyub. 24 yaşlı hücumçu Estoniyanın U-16, U-17, U-19, U-21 və əsas yığma komandalarına da cəlb olunub.

Elçin ABBASOV,

“Xalq qəzeti”

İdman