Pilotsuz təyyarələrin hücumu nəticəsində Krım körpüsü zədələnib-VİDEO

post-img

Rusiya mənbələri məlumat verirlər ki, ötən gecə Krım körpüsü iki Ukrayna pilotsuz təyyarəsi tərəfindən hücuma məruz qalıb. 

“Saat 03:05-də Ukraynaya məxsus iki pilotsuz suüstü gəmi Krım körpüsünə hücum edib. Törədilmiş terror aktı nəticəsində Krım körpüsünün yol hissəsi zədələnib. Eyni zamanda, iki şəxs ölüb, bir uşaq isə yaralanıb”, - deyə press-relizdə deyilir.

Faktla bağlı “Terror aktı” maddəsi ilə cinayət işi açılıb.

Hadisə yerində "Fövqəladə Hallar Nazirliyi"nin əməkdaşları işləyir, "hüquq-mühafizə orqanları" tərəfindən bütün zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Bazar ertəsi səhər Krımın "rəhbəri" Sergey Aksyonov Kerç boğazından keçən körpüdə fövqəladə vəziyyət elan edib. Nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Hadisə nəticəsində Belqorod vilayətinin sakinləri olan ər-arvad ölüb. Onların azyaşlı qızı xəsarət alıb, o, Temryuk xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Aksyonov Krım körpüsü ilə səyahət etməkdən çəkinməyə, yeni regionlar vasitəsilə alternativ marşrut seçməyə çağırıb.

Ukrayna da Krım körpüsünə hücuma reaksiya verib. Ukrayna prezidentinin dəftərxana rəhbərinin müşaviri Mixail Podolyak “Twitter” səhifəsində yazıb ki, "Krım körpüsü rusların, xüsusən də Ukraynadakı cəbhə xəttinə hərbi texnika çatdırmaq üçün istifadə etdiyini nəzərə alsaq, qısamüddətlidir". 

Bu barədə “RBK-Ukrayna” məlumat verir. 

"Xalq qəzeti"


Dünya