“Beşiktaş” Roberto Pereyra ilə razılıq əldə edib

post-img

“Beşiktaş” klubu argentinalı futbolçu Roberto Pereyranın komandaya keçidi ilə bağlı razılıq əldə edib. Bildirilir ki, klubla 32 yaşlı yarımmüdafiəçi arasında 2+1 illik müqavilə imzalanacaq. Bu barədə “Maynet.com” saytı məlumat yayıb. 

Məlumata görə, Pereyra qarşıdakı günlərdə tibbi müayinədən keçəcək.

Qeyd edək ki, Roberto Pereyra son olaraq İtaliyanın “Udineze” klubunda çıxış eidb. 2014 - 2016-cı illərdə “Yuventus”da çıxış edən yarımmüdafiəçi iki dəfə “A” Seriyasının, eyni sayda İtaliya Kubokunun qalibi olub. 

Bundan başqa, R.Pereyra bir dəfə ölkə Superkubokunu başı üzərinə qaldırıb. Pereyra Argentina yığmasında 19 oyunda iki qola imza atıb.

Elçin ABBASOV,

“Xalq qəzeti”

İdman