Qax şəhərində 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası keçirilir. Qax Olimpiya İdman Kompleksində təşkil olunan olimpiada A və B qruplarından ibarətdir.
A qrupunda 262, B qrupunda isə 224 şahmatçı olmaqla ümumilikdə 45 rayon (şəhər) təşkilatından 486 şahmatçı qalib adı uğrunda mübarizə aparır.
11 turdan ibarət İsveçrə sistemi üzrə təşkil olunan olimpiadada 8-ci tura yekun vurulub. A qrupunda Şəki şahmatçısı İslam Hacıəliyev və Gəncə şahmatçısı Hüseyn Qurbanov 7,5 xalla müvafiq olaraq 1-2-ci yerləri bölüşdürür. 3-cü yerdə olan Sumqayıt təmsilçisi Nahid Ağalı liderlərdən yarım xal geri qalır. B qrupunda Cavad Abbassoy (3 № RİOEUGİŞM) , Nihad Məmmədov (AHİTA), Məhəmməd Kazımzadə (4 № İOEUGİŞM), Yusif İsmayılov (Gəncə 2 № UGİŞM) 7 xalla müvafiq olaraq 1-4-cü yerləri bölüşdürür.
Qeyd edək ki, Respublika Şahmat Olimpiadasına iyulun 15-də yekun vurulacaq.
L.SABİRQIZI, “Xalq qəzeti”