Mütəxəssislər enerji içkilərinin orqanizmə necə təsir etdiyi ilə bağlı çoxlu araşdırmalar aparıblar. Belə qənaətə gəliblər ki, bu içkidən hər gün qəbul etmək olmaz. Ən yaxşı halda isə bir qabdan artıq içmək insana zərər verər.
Həkim - nutrisoloq İqor Strokovun firincə, diabet xəstələri enerji içkiləri içməməlidir. Ürəyində problem olanlar da enerji içkilərindən uzaq durmalıdır. Bu içkilərdən çox istifadə ürəyin ritmini pozur.
Enerji içkisi qəbul etdikdən, təxminən 40 dəqiqə sonra kofein orqanizmə yayılır. Qandakı kofeinin yarısı yalnız 5-6 saatdan sonra xaric olur. 12 saatdan sonra hər şey tükənir. Ancaq bunlar yalnız təxmini göstəricilərdir. Həm də yaş və cinsdən asılıdır.
Bir qab enerji içkisinin tərkibində uşağı zəhərləyə bilən qədər kofein var. Həm də bu içkilər sağlam yeniyetmələrdə də ciddi ürək problemləri yarada bilər.
Z.HÜSEYNLİ, “Xalq qəzeti”