Hava sabit olacaq, lakin bəzi yerlərdə qısamüddətli az yağış yağacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeo­rologiya Xidmətinin verdiyi məlumata əsasən iyulun 14-də Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcək Şimal-şərq küləyi əsəcək. Gecə 20-24°, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sü­tunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu:Şimal çimərliklərində: (Sumqa­yıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq. 

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°i, gün­düz 31-36°, dağlarda gecə 11-16° , gündüz 16-21° isti olacaq.

 

Q. QASIMOV, “Xalq qəzeti”

Ekologiya