Dünyanın ən yaxşı 500 baş məşqçisinin reytinq siyahısı açıqlanıb.
Siyahıda yeganə Azərbaycan təmsilçisi Qurban Qurbanovdur. Ağdamın “Qarabağ” klubunun baş məşqçisi son 4 ilin nəticələrinə əsasən tərtib olunan reytinq cədvəlində 199-cu pillədədir. Əlli bir yaşlı mütəxəssisin hesabında 1595 xal var. Qurban Qurbanov ötən siyahı ilə müqayisədə 5 pillə irəliləyib.
Qeyd edək ki, siyahıya Pep Qvardiola (2194) başçılıq edir.
L.SABİRQIZI, “Xalq qəzeti”