Naxçıvan karateçisi beynəxalq turnirin mükafatçısı olub

post-img

Türkiyədə “Çanaqqala Open” beynəlxalq karate turniri keçirilib. Yarışda böyüklər, uşaq, yeniyetmə, gənclər olmaqla 1000-dən çox idmançı fərdi və komanda tipli yarışların medalları uğrunda mübarizə aparıb. Naxçıvan Karate-do Federasiyasının idmançısı Rafiq Hüseynli də bu yarışda öz bacarığını nümayiş etdirib. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, 12 yaşlılar ara­sında çıxış edən Rafiq kumite yarışında 52 kiloqram çəki dərəcəsi üzrə uğurlu nəticəyə nail olub. Təmsilçi­miz gümüş medala layiq görülüb.

Qeyd edək ki, dünya və Avropa çempionu olma­ğı bacaran yeniyetmə idmançımız ölkə və beynəlxalq miqyaslı yarışların da qalib və mükafatçısıdır.

 

Səbuhi HƏSƏNOV,

“Xalq qəzeti”

İdman