Gənc boksçular arasında Gürcüstanın Qori şəhərində keçirilən beynəlxalq turnirdə Azərbaycan idmançıları 7 medal qazanıblar.
Azərbaycan Boks Federasiyasından “Xalq qəzeti”nə bildiriblər ki, Azərbaycan millisinin 8 idmançısından 7-si yarışı medalla başa vurub.
Komandamızın aktivinə gümüş medalları Ramal Yolçuyev (48 kq) və Nadir Məlikov (60 kq) yazdırıblar. Sabir Dadaşov (51 kq), Ənəs Ağayev (54 kq), Əli Alıyev (57 kq), Ayxan Əliyev (67 kq) və İlfan Xəlilli (80 kq) isə üçüncü yeri tutublar.
L.SABİRQIZI, “Xalq qəzeti”

