U-15 Avropa çempionatında yunan – Roma güləşçilərimiz uğurla çıxış ediblər. Macarıstanın Kaposvar şəhərində keçirilən birincilikdə komandamız 2 qızıl, 2 gümüş və 3 bürünc medala sahib olub.
Yekunda 139 xal toplayan millimiz Avropa ikincisi olub. Yığmamız Gürcüstandan cəmi 2 xal geri qalıb. Macarıstan isə 105 xalla 3-cü yeri tutub.
Qeyd edək ki, məşqçilər Əbilfət Məmmədovla İlham Vezirovun rəhbərliyi altında Nicat Yeylaqaliyevlə (62 kq) Yusif Əhmədli (68 kq) qızıl, Əli Nəzərovla (48 kq) Marat Ağakərimov (52 kq) gümüş, Elşad Abbasov (48 kq), Nihad Məhərrəmov (52 kq) və Rüfət Əlizadə (85 kq) isə bürünc medal qazanıb.
L.SABİRQIZI, “Xalq qəzeti”

