İtaliyada akrobatlarımız fəxri kürsüdə

post-img

Akrobatika gimnastikası üzrə “Turin Acro Cup” turnirində Azərbaycan millisinin üzvləri iki medala layiq görülüblər.

İtaliyanın Turin şəhərində keçirilən yarışda Ağasif Rəhimov və Raziyə Se­yidlidən ibarət qarışıq cütlük qızıl medal qazanıb.

Nəzrin Fərmanova, Aynur Yusufo­va və Lalə Hüseynovadan ibarət qadın qrupu isə beynəlxalq turniri ikinci pillə­də bitirərək gümüş medala sahib çıxıb.

L.SABİRQIZI, “Xalq qəzeti”

İdman