Göz yaşartmayan soğanlar…

post-img

Avstraliya supermarketlərində ilk göz yaşartmayan soğan satışa çıxarılacaq. Bu barədə ölkənin “Woolworths” marketlər şəbəkəsi məlumat yayıb.

Soğanın tərkibində elə maddələr və fermentlər var ki, gözdə qıcıqlanmaya səbəb olur. Bu isə gözlərin yanma­sına gətirib çıxarır. Müxtəlif soğan növlərinin çarpazlaş­dırılması nəticəsində əldə edilən unikal soğan növü isə kəsilərkən göz yaşartmayacaq. Qəhvəyi rəng olan bu so­ğanlar adi soğanlardan daha az kəskin və şirindir. 

Qeyd edək ki, ilk gözyaşartmayan soğanın sentyabr ayında satışa çıxarılması planlaşdırılır. 

Aytən NƏCƏFOVA, “Xalq qəzeti”

Dünya