Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyulun 11-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Gecə 19-24°, gündüz 26-31° isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq. Azərbaycanın rayonlarında əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 30-35°, dağlarda gecə 10-15°, gündüz 15-20° isti olacaq.
Q.QASIMOV, “Xalq qəzeti”

