“WhatsApp”ın Android Beta versiyası 2 yeni funksiyasını təqdim edir. Bunlardan birincisi tətbiqdən daha rahat istifadə etməyə imkan verəcək söhbət kateqoriyasıdır.
“Oxunmamış”, “Şəxsi” və “İş” adlı 3 fərqli mövzuya bölünən söhbət filtrlərinə toxunduğunuz zaman yalnız həmin kateqoriyadakı mesajların siyahıya alındığını görəcəksiniz.
İkinci yenilik isə eyni emojilərdən istifadə etməkdən yorulanları sevindirəcək. Tezliklə “WhatsApp”da daha rəngarəng söhbət üçün stiker təklifləri təqdim olunacaq. Android Beta versiyasında bu imkanlardan istifadə zamanı emojiyə uyğun stiker təkliflərini görə biləcəksiniz.
F. SALMANOVA, “Xalq qəzeti”

