Sürücüsüz taksilər qorxu yaradır

post-img

San-Fransisko əhalisi şəhər küçələrində getdikcə artan sürücüsüz taksilərdən narahat olmağa başlayıb. Vətəndaşlar “təhlükəsiz küçə üsyançıları” adlı qruplaşma altında birləşərək hərəkətə keçiblər.

Qrup üzvləri robot taksiləri dayan­dırmağın yolunu tapıblar. Belə ki, pilotsuz avtomobillərin üzərinə yol xidmət­ləri tərəfindən tez-tez istifadə olunan zolaqlı plastik trafik konusunu yerləş­dirirlər. Bu zaman avtonom idarəetmə sistemi avtomobili dayanma rejimində saxlayır. Bu üsulla şəhər ətrafında sə­yahət edən pilotsuz taksilər fəaliyyətsiz hala gətirilir.

Qeyd edək ki, şəhər sakinləri bu maşınları insanlar üçün təhlükəli hesab edirlər. Avtonom taksilərin şəhərdəki elektrik dirəklərini zədələməsi, ictimai avtobuslara çırpılması, paytaxt küçələ­rində sıxlığı artırması ilə bağlı şikayət­lər də var. Robot taksi operatorları isə polisdən etirazçılara müdaxilə etməyi xahiş ediblər.

 

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Dünya