Azərbaycan güləşçiləri tarixi rekorda imza atıblar

post-img

Macarıstanın Kapoşvar şəhərində keçirilən U-15 Avropa çempionatında Azərbaycan sərbəst güləşçiləri yeni rekorda imza atıblar.

Komanda hesabında Azərbaycan Gürcüstandan (155) sonra ikinci (145 xal) olub.

Bu, 15 yaşadək gənclər arasında Avropa çempionatları tarixində sərbəst güləş üzrə yeni milli rekorddur.

Qeyd edək ki, Hüseyn İsmayılov (52 kq), İsa Yusibov (57 kq), Amin Nəsibov (85 kq) gümüş, Rəşid Nəzərov (41 kq), Ruslan Əlizadə (44 kq), Həsən Həsənov (48 kq), Fərid Ağasizadə (52 kq), Nihad Abasov (62 kq) və Rəşad Veysəlov (68 kq) üçüncü yeri tutublar.

"Xalq qəzeti"

İdman