Stoltenberq Vilnüsdə keçiriləcək sammitdə NATO üzvlərinin Ukrayna ilə bağlı vahid mövqedən çıxış edəcəyinə əmindir.
NATO-nun baş katibi Yens Stoltenberq Britaniyanın "Sky News" telekanalına müsahibəsində bildirib ki, NATO-ya üzv dövlətlər alyansın Vilnüsdə keçiriləcək sammitində Ukraynanın daxil olması perspektivləri ilə bağlı vahid mövqedən çıxış edəcəklər.
Onun sözlərinə görə, müttəfiqlərin mövqeləri və baxışları fərqli olduğundan ümumi mövqe tutmaq asan deyil, lakin NATO-nun gücü ondadır ki, alyans üzvləri hər zaman vahid məqsəd və ümumi mesaj ətrafında toplaşa bilirlər.
Stoltenberqin sözlərinə görə, o, tam əmindir ki, alyans üzvləri Ukraynanın NATO-ya daxil olması perspektivləri ilə bağlı hamı üçün əlverişli ifadə tapacaqlar.
"Teleqraf" qəzeti yazıb ki, Almaniya Vilnüsdə keçiriləcək növbəti sammitdə Ukraynanın NATO-ya daxil olmasını təxirə salmaq istəyir.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Lutskda polşalı həmkarı Anjey Duda ilə NATO-nun qarşıdan gələn sammitini müzakirə edib.
S.ELAY,
"Xalq qəzeti"