Yeniyetmə güləşçimiz Esra Məmmədli (46 kq) Macarıstanın Kaposvar şəhərində keçirilən U-15 Avropa çempionatında tarixi nəticə göstərib.
Finala qədər rəqib tanımayan güləşçimiz həlledici mərhələdə yerli idmançı Mariya Jitovoza 0:7 hesabı ilə uduzub. Avropa çempionatının gümüş medalını qazanan idmançımız qadın güləşi üzrə U-15 Avropa çempionatları tarixində medal qazanan ilk Azərbaycan güləşçisi olub.
Leyla SABİRQIZI, “Xalq qəzeti”