Gənc taekvondoçularımız Ankarada G-2 kateqoriyalı yarışda 4 medal qazanıblar.
Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun rəhbərliyi altında çıxış edən yığma aktivinə 1 qızıl, 1 gümüş və 2 bürünc medal yazdırıb. Taekvondoçularımızdan Zemfira Həsənzadə (44 kq) bütün rəqiblərinə qalib gələrək qardaş ölkədə Azərbaycan himnini səsləndirib. Yalnız finalda məğlub olan Hüseyn Xudiyev (73 kq) gümüş medala yiyələnib. Vasif Səlimov (59 kq) və Səlimə Quliyeva (42 kq) isə yarışı üçüncü yerdə başa vurublar.
Leyla SABİRQIZI, “Xalq qəzeti”