Tovuz şəhər stadionunda rayon icra hakimiyyətinin, Ağsaqqallar Şurasının birgə təşkilatçılığı və sahibkarların dəstəyi ilə şəhidlərin xatirəsinə həsr olunmuş kəndlərarası futbol turnirinin finalında “Qovlar”- “Xatınlı Əmirli” komandaları qarşılaşıb.
Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, “Turan Tovuz” futbol klubunun sponsoru, “Huner Group”un təsisçisi Ehtiram Quliyev, “Turan Tovuz” futbol klubunun rəsmiləri, rayon və futbol ictimaiyyətinin nümayəndələri və futbol həvəskarları iştirak ediblər.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra qarşılaşma başlayıb. Oyunun əsas hissəsi 1:1 hesabı ilə başa çatıb və qalib yalnız penaltı zərbələrindən sonra müəyyənləşib.
Qovlar şəhərinin “Qovlar” komandası birinci, Xatınlı kəndinin “Xatınlı Əmirli” komandası ikinci, Bozalqanlı kəndinin “Bozalqanlı” komandası isə üçüncü yeri tutub.
İlk üçlikdə yer alan komandalara RİH tərəfindən təsis edilmiş kubok və medallar təqdim edilib.
Hamlet Qasımov,
“Xalq qəzeti”-nin bölgə müxbiri