Azərbaycan millisi Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası üzrə “Scalabis Cup” beynəlxalq turniri medalla başa vurub.
Azərbaycan Gimnastika Federasiyasından “Xalq qəzeti”nə bildiriblər ki, heyətində Əli Niftəliyev, Nicat Mirzəyev, Mehdi Əliyev və Hüseyn Abbasovun mübarizə apardığı kollektiv komanda hesabında gümüş medal qazanıb.
Yığmanın digər üzvləri Hüseyn Abbasov, İbrahim Mustafazadə və Fərhad Mustafayev isə finalda mübarizə aparıblar.
Leyla SABİRQIZI, “Xalq qəzeti”