Moldovanın paytaxtı Kişineuda keçirilən 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyində təmsilçimiz Ravin Alməmmədov uğurla çıxış edərək 3 qızıl medal qazanıb.
“Göyəzən” Ağır Atletika Klubunun təmsilçisi yaşı 17-yə qədər olan oğlanlar arasında 73 kiloqram çəki dərəcəsində birdən qaldırma hərəkətində 137 kiloqramı ram edərək birinci yeri tutub. Təkanla qaldırma hərəkətində 162 kiloqram çəkini başı üzərinə qaldıran idmançımız bu dəfə də rəqib tanımayıb.
Toplam 299 kiloqram (137+162) nəticə göstərən R.Alməmmədov yekun sıralamada da qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Leyla SABİRQIZI, “Xalq qəzeti”